"Sabahın Ulduzları": "Neftçi" "Zirə"ni böyük hesabla yendi - FOTOLAR

"Sabahın Ulduzları": "Neftçi" "Zirə"ni böyük hesabla yendi - FOTOLAR

“Sabahın Ulduzları" Bakı kuboku uğrunnda yarış davam edir. 

Fanat.Az xəbər verir ki, U-14 yaş qrupunda sonuncu - 11-ci tur start götürüb. 

Turun ilk oyunları məhsuldar alınıb. Belə ki, 3 görüşdə qapılara 21 qol vurulub.

EFA - “Sumqayıt” görüşündə "gənclik şəhəri" təmsilçisi minimal hesablı üstünlük əldə edib. "Vətən" "Xan"ı üstələyib. 

Günün son qarşılaşmasında "Neftçi" "Zirə"ni böyük hesabla yenib ki, "ağ-qaralar"ın 6 qolunu 6 fərqli futbolçu vurub. Bu qələbə sayəsində "Neftçi" 3-cü pillədəki mövqeyini möhkəmləndirib.

Sabahın Ulduzları 11-ci tur 12 sentyabr 

EFA - “Sumqayıt” 3:4 Qollar: Bəybala Məmmədov, 20. Əli Hüseynli, 22. Hüseyn Dalivanov, 40+2 - Ramal Dünyamalı, 17, 50, 74. Mehrac Əhmədli, 29.

“Vətən” – “Xan” 4:2 Qollar: Ayxan Abbasov, 39. Umut Şirvanlı, 58, 64, 69 - Yusif Niftəliyev, 42. Nasim Məmmədov, 51.

“Zirə” – “Neftçi” 2:6 Qollar: Fərid Qasımov, 26. İbrahim Hüseynzadə, 55 - Adil Şabanov, 13. Rəsul Abuzov, 40+2. Məhəmməd Vəlizadə, 42. Bəxtiyar Bayramlı, 46. Daniyal Xəlil, 58. Nihat Behbudov, 78.

Bu gün U-14-lərin yarışında daha 3 oyun keçiriləcək: 

U-14, 11-ci tur 13 sentyabr

Qarabağ – Qəbələ Dostluq – Ulduz Sabah – Azərbaycan Qartalları

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər