"Sabahın Ulduzları": "Zirə" ilə "Sabah"dan darmadağınlar - FOTOLAR/NƏTİCƏLƏR

"Sabahın Ulduzları": "Zirə" ilə "Sabah"dan darmadağınlar - FOTOLAR/NƏTİCƏLƏR

“Sabahın Ulduzları” Bakı Kuboku uğrunda yarış davam edir.

Fanat.Az xəbər verir ki, U-15 yaş qrupunda 11-ci tur start götürüb. 

Sonuncu turun ilk oyun günündə üç matç baş tutub. "Qəbələ" EFA ilə bacarmayıb. Digər qarşılaşmalarda "quru", ancaq böyük hesablı qələbələr qeydə alınıb. "Zirə" "Marafon"a, "Sabah" isə "Dinamo"ya aman verməyib.

Sabahın Ulduzları U-15, 11-ci tur 14 sentyabr 

“Qəbələ” – EFA  0:2 Qollar: Raul Əsgərov, 32. Hüseyn Novruzlu, 55.

“Zirə” – “Marafon” 4:0 Qollar: Riyad Məhərrəmli, 12. Ceyhun Səfərli, 32. Əli Hüseynov, 35, 57.

“Sabah” – “Dinamo” 7:0 Qollar: Fəqan İbrahimov, 28. Yusif Ağayev, 31. Rüfət Həsənov, 55. Ayxan Əliyev, 57. Hüseyn Musayev, 64, 75. Əli Hüseynli, 70. 

Bu gün - sentyabrın 15-də U-15 yaş qrupunda ilk mərhələ başa çatacaq. Beləliklə, bütün yarımfinalçıların adlarına aydınlıq gələcək: 

U-15, 11-ci tur

15:00. Rekord – Neftçi 18:30. Qarabağ – Sumqayıt 20:45. Zəngəzur – Ulduz

Qeyd edək ki, “Sabahın Ulduzları” Bakı Kuboku uğrunda yarışın Əsasnaməsinə uyğun olaraq ilkin mərhələnin yekun cədvəlində ilk dörd pilləni tutmuş komandalar yarımfinala vəsiqə qazanırlar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər