"Şəfa"dan ayrılan yarımmüdafiəçi Azərbaycanın bu klubuna keçdi

"Şəfa"dan ayrılan yarımmüdafiəçi Azərbaycanın bu klubuna keçdi

Yayda Premyer Liqanın debütantı "Şəfa" ilə vidalaşan yarımmüdafiəçi Aqil Nəsibovun yeni klubu bəllidir.

Fanat.Az xəbər verir ki, 24 yaşlı futbolçu 1-ci Liqa təmsilçisi "Şahdağ Qusar"a keçib. 

Halbuki,  orta xətt oyunçusu iyulda "Karvan-Yevlax"la anlaşmışdı. Yevlax təmsilçisinin baş məşqçisi Ramiz Məmmədovun istəyi ilə heyətə qatılan Nəsibovla 1 illik müqavilə razılaşdırılmışdı. Ancaq elitada "Karvan-Yevlax"ın "sükanı arxası"nda olan və bu yay aran təmsilçisini "Şahdağ Qusar"a dəyişən Füzuli Məmmədov sözügedən futbolçunu sabiq klubundan ayırmağı bacarıb. 

"Şahdağ Qusar" Aqil Nəsibovla mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalayıb.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər