"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

Misli Premyer Liqasının 5-ci turunda "Qarabağ"ın qonağı olacaq "Şəfa"nın "köhlənlər"lə oyuna neçə itki ilə çıxacağı bəllidir.

Bu barədə Fanat.Az-a Bakı təmsilçisinin sözçüsü Heybət Məmmədov məlumat verib:

"Cəzalı futbolçu yoxdur. Gənc yarımmüdafiəçi Eltun Babazadə və braziliyalı hücumçu Luis Felipe zədə səbəbindən oyunu kənardan izləyəcəklər".

Qeyd edək ki, "Qarabağ" - "Şəfa" qarşılaşması sentyabrın 18-də keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçın start fiti 19:45-də səsləndiriləcək. Hazırda 3 xalı olan "hepardlar" turnir cədvəlinin 10-cu pilləsində mövqe tutublarsa, 10 xala malik "köhlənlər" 3-cü sırada qərarlaşıblar. 

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər