"Şəfa"nın müdafiəçisi: "Pis oynamadıq, amma..."

"Şəfa"nın müdafiəçisi: "Pis oynamadıq, amma..."

Misli Premyer Liqasının 5-ci turunda "Sabah"ın qonağı olan "Şəfa" 0:3 hesablı məğlubiyyətlə üzləşdi. "Hepardlar"ın müdafiəçisi Nihad Quliyevlə əlaqə saxlayıb "bayquşlar"la görüşdə aldıqları yenilgini şərh etməsini istədik.

Arxa xətt oyunçusunun Fanat.Az-a açıqlaması belə oldu: 

"Biz heqiqətən son illərin ən yaxşı komandalarından biri olan "Sabah"a qarşı oynadıq. Əlimizdən gələni etdik... Pis oynamadıq, amma rəqib güclü idi. Layiqli qələbəyə görə onları təbrik edirəm".

Elitanın debütantı 6-cı turda daha bir iddialının - "Qarabağ"ın qonağı olacaq. Nihaddan "köhlənlər"lə matçdan nə gözlədiyini də soruşduq: "Hər oyuna xal almaq üçün çıxırıq, ancaq nəzərə alaq ki, təqvim də əsas məqamlardandır. Yəni ard-arda iddiali komandalarla qarşılaşırıq. "Sabah"dan sonra, "Qarabağ", ardında "Turan Tovuz"la üz-üzə gələcəyik... Yenə də əlimizdən gələnin ən yaxşısını edəcəyik".

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər