"Sumqayıt" heyətini gücləndirdi

"Sumqayıt" heyətini gücləndirdi

2026/27 mövsümü üçün heyət çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçu keçidini reallaşdırıb. 

Fanat.Az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Son klubu Portuqaliya “Şaveş”i olan cinah müdafiəçisi Tiaqo Almeyda ilə 1 illik müqavilə imzalanıb. 24 yaşlı portuqaliyalı futbolçu “21” nömrəli formada çıxış edəcək.

Xatırladaq ki, "Sumqayıt" bu yay Emil Mustafayev, Jeymes Almeyda, Jeam Oliveyra, Lukas Blakı və Renan Santananı da transfer edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər