"Zirə" braziliyalı yarımmüdafiəçi üçün nə qədər tazminat ödədi?

"Zirə" braziliyalı yarımmüdafiəçi üçün nə qədər tazminat ödədi?

"Zirə"nin heyətinə qatdığı braziliyalı yarımmüdafiəçi Talisson Moreyra Reys (Ktatau) üçün qarşı tərəfə ödənilən tazminat məbləği bəlli olub.

Fanat.Az xəbər verir ki, Bakı təmsilçisi bu keçid üçün "Şaves"ə 100-150 min avro arası tazminat ödəyib.

Xatırladaq ki, "qartallar" 25 yaşlı futbolçu ilə 3 illik müqavilə imzaladıqlarını dünən rəsmən açıqlayıb.

Qeyd edək ki, braziliyalı yarımmüdafiəçi son mövsümü məhz Portuqaliya təmsilçisinin heyətində keçirib.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər