Misli Premyer Liqasının 6-cı turunda "Zirə"ni qəbul edəcək "Turan Tovuz"un heyəti ilə bağlı son vəziyyət bəlli olub.
Bu barədə Fanat.Az-a "boz qurdlar"ın sözçüsü Süleyman Tağıyev məlumat verib.
Klub rəsmisi tovuzluların sıralarında cəzalı və ya zədəli oyunçu olmadığını, komandanın "Zirə" ilə matça itkisiz çıxacağını bildirib.
Qeyd edək ki, "Turan Tovuz" - "Zirə" görüşü bu gün keçiriləcək. Tovuz şəhər stadionunda reallaşacaq qarşılaşmanın start fiti 17:30-da səsləndiriləcək. Hazırda 8 xalı olan qərb təmsilçisi turnir cədvəlinin 5-ci, 10 xala malik "qartallar" isə 4-cü pilləsində qərarlaşıb.
Nihat