16:55 06.04.2021 308

"Qurban Qurbanov istəsə, ..." - Ansi Aqolli

"Qarabağ" klubunun və Albaniya milli komandasının sabiq futbolçusu Ansi Aqollinin müsahibəsi...

- Albaniya mətbuatında çıxan xəbərlərə görə, 2016-cı ildə yığmanın keçmiş baş məşqçisi Canni De Byaziyə verilmiş diplomatik pasport ləğv edilib. Məsələdən məlumatınız var?
- Bəli, doğru xəbərdir. Avropa çempionatının final mərhələsinə vəsiqə qazananda Albaniya hökuməti De Byazi də daxil olmaqla, milli komandanın bütün üzvlərinə diplomatik pasport vermişdi. Amma bir həftə öncə həmin sənədləri bizdən aldılar.

- Bu addım hansı səbəbdən atılıb?
- Səbəbini mən də bilmirəm. Açığı, bir az əsassız qərardır. Çünki pasportun vaxtının bitməsinə hələ 5 il qalmışdı.

- Ümumiyyətlə, bu pasportun nə kimi üstünlüyü var?
- Belə bir pasportunuz varsa, avtomatik olaraq, diplomatik heyət üzvü hesab olunursunuz. Məsələn, Rusiyaya getmək istədikdə, viza lazımdır. Amma bu sənədlə vizaya ehtiyac qalmır. Pasport daim yanımda olsa da, ondan heç vaxt istifadə etməmişəm.

- Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya və Serbiya yığmalarına qarşı oyunlarını izlədinizmi?
- Əlbəttə. Nəticələr yaxşı olmadı. Portuqaliyaya məğlubiyyət məntiqlidir. Çünki çox yaxşı kollektivdir. Daha əvvəl biz də bu yığmaya qarşı oynamışıq. Eyni şeyi bizə qarşı da etmişdilər: topa nəzarət, çoxlu qol şansı, biz tərəfdən isə yalnız müdafiə. Serbiya ilə matçda isə xal qazanmaq üçün əla şans var idi. Amma hesabı bərabərləşdirdikdən sonra rəqibə bu qədər asan qol şansı verməmək üçün daha çox mübarizə aparmalı, meydanda bütün gücünü ortaya qoymalısan. Belə rəqiblər yarım-şansdan da istifadə edirlər. Bu səviyyədə hər detal fərq yaradır. Nəticə qazanmaq istəyirsənsə, meydanda ürəyini qoymalı, lazım gələrsə, otu yeməlisən. Çünki bayraq və öz xalqın üçün oynayırsan.

- Albaniya yığması isə seçmə mərhələyə 2 qələbə və 1 məğlubiyyətlə başladı. Doğma komandanızın çıxışı barədə nə deyə bilərsiniz?
- Start uğurlu oldu. 3 oyundan 6 xal götürdülər. Sadəcə, İngiltərə millisinə uduzdular ki, bu da başadüşüləndir. Rəqib dünya nəhəngidir. Daha yaxşısını edə bilərdilərmi? Düşünürəm ki, mümkün idi. Çünki yığmanın keyfiyyəti var. Sadəcə, rəqibdən daha çox mübarizə aparmalısan.

- "Qarabağ"ı diqqətdə saxlayır, oyunlarına baxırsınız. Son turda "Keşlə" ilə heç-heçə etsələr də, "Neftçi"nin məğlubiyyətindən sonra Azərbaycan Premyer Liqasının turnir cədvəlində liderliyə yüksəldilər. Komandalar arasında çempionluq şansını necə dəyərləndirirsiniz?
- Hələ heç nə bitməyib, mübarizə davam edir. Amma "Qarabağ"da qələbə mentaliteti və təcrübəsi var. Bu, komandaya kömək edəcəkmi? Hər şeyi zaman göstərəcək.

- Gələcəkdə sizi yenidən "Qarabağ"da görə bilərik?
- Hazırda ailəmlə birlikdə ABŞ-da yaşayıram. Cəmi 5 ay ərzində 80-dən çox uşaq toplayan akademiyam var. Mənə görə, "Qarabağ" Avropanın ən peşəkar məşqçi heyətinə malikdir. Amma bir gün baş məşqçi Qurban Qurbanov mənim köməyimə ehtiyac duysa, heç vaxt imtina etmərəm. Bu komandada oynamaq mənim üçün böyük şərəf idi. Fürsətdən istifadə edib, Azərbaycan xalqına da təşəkkürümü bildirmək istəyirəm. Onların sevgisi məni planetin ən xoşbəxt insanı etdi. Bu insanların qəlbimdə xüsusi yeri var.

- Fevralda Bakıya səfəriniz zamanı müsahibənizdə "Qarabağ"la mümkün əməkdaşlıq variantını istisna etməmişdiniz. Bu istiqamətdə hər hansı irəliləyiş var?
- Əlbəttə, əməkdaşlıq olacaq. Pandemiyanın bitməsini gözləyirik. Gələcəkdə akademiyamızın uşaqlarını Bakıda turnirə gətirməyi planlaşdırırıq. Bu, onlar üçün də böyük təcrübə ola bilər.

- Bəs "Qarabağ"ın azyaşlı futbolçularının sizin akademiyanızda təcrübə keçmələri necə, mümkündürmü?
- Niyə də olmasın?! Amma akademiya cəmi 5 aydır fəaliyyət göstərir. Görüləsi işlərimiz çoxdur.
 
Mənbə: Report.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

21 Aprel 2021
23:01

"Heç vaxt bilərəkdən kimisə zədələməyi düşünməmişik"

22:40

Qurban Qurbanov: "Futbolçularımızı bilə-bilə sındırırlar"

21:39

"Zirə" oyunu belə çevirdi - VİDEO

21:18

"Zirə" uddu, "Qarabağ"dan qolsuz bərabərlik

20:42

Sənan Qurbanov: "Rəqib meydanında qələbə qazana bilərik"

20:37

Rəşad Sadıqov: "Tempi qaldırdıq və vacib qələbə qazandıq" - VİDEO

19:36

AÇ: Mariya Stadnik finalda

18:38

"Kasımpaşa"nın futbolçusu Azərbaycan yığmasına çağırıldı

18:01

Millimiz darmadağınla qazandı

17:16

“Qəbələ”nin prezidenti Nəriman Abbasovla görüşdü

16:50

III Avropa Oyunlarının proqramına yeni idman növləri daxil edildi

16:29

Millimiz Avropa çempionatında mübarizəyə başlayır

16:02

Avropa Superliqasında iki klub qaldı

15:15

AÇ: Daha bir güləşçimiz üçün bürünc medal şansı

14:49

Türk klubunun iki legioneri koronavirusa yoluxdu

14:14

Daha bir məşhur klub Superliqadan ayrıldı - RƏSMİ

13:58

İtaliya klubundan geri addım: Super Liqadan imtina etdilər

13:37

AFFA “Traktor”un hücumçusunu milliləşdirə bilər

13:15

Tokio-2020: Braziliya ilə Almaniya eyni qrupda

12:59

"Arsenal" üzr istədi: "Səhv etdik"

12:33

UEFA klubları bağışladı: "Səhvlərini etiraf etdilər"

12:14

Şəhid İlkin Məmmədzadənin xatirəsinə beynəlxalq turnirin qalibləri müəyyənləşib

11:52

Günün oyunları bu kanallarda - AFİŞA

11:35

Azərbaycan millisindən imtina edən futbolçu Türkiyə yığmasında

11:16

Super Liqanın vitse-prezidenti “Mançester Yunayted”dən gedir

10:58

Nazarovun komandası məğlub oldu

10:31

“Neftçi”nin tarixi: Yaşar Babayev 80 yaşında!

09:39

Avropa Super Liqası fəaliyyətini dayandırdı - RƏSMİ

00:02

Türkiyə millisinin Bakı planları bəlli oldu

20 Aprel 2021
23:12

AÇ: Qadın güləşçilərimizin rəqibləri bilindi

22:34

AÇ: Turan gümüş, Əfqanla Əli bürünc medal qazandı

19:12

TFF başqanı: “Azərbaycanlı futbolçuları Türkiyə yığmasında oynadarıq”

17:57

Böyük Britaniyada Avropa Superliqasının oyunları qadağan ediləcək

17:52

FİFA prezidenti: "UEFA-nı tam dəstəkləyirik"

17:37

İngiltərə klubları geri addım atdı: Avropa Super Liqasından çıxırlar

17:15

Avropa çempionatı: Güləşçimiz yarımfinalda

17:02

"Neftçi" qələbə qazanıb vahid lider oldu

16:56

Şəhid İlkin Məmmədzadənin xatirəsinə beynəlxalq turnirin açılışı olub - FOTOLAR

16:37

Gimnastlarımızdan uğursuz çıxış

16:18

"Keşlə" rəsmisinin ailəsində ağır itki

15:54

UEFA İcraiyyə Komitəsinə türk seçildi

15:27

Rəşad Əhmədov Sumqayıta göndərilir

15:11

Təxirə salınmış oyunun təyinatları açıqlandı

14:46

Avropa çempionatı: Final mərhələsi İspaniyada təşkil olunacaq

14:17

AÇ: Güləşçimiz medal görüşünə çıxacaq

13:59

PSJ Çempionlar Liqasının qalibi elan oluna bilər

13:36

Azərbaycanlı olimpiya çempionu vəfat etdi

13:09

Rövnəq Abdullayev və Elxan Məmmədov UEFA-nın konqresində

12:49

Hakimi təhqir edən baş məşqçiyə 5 oyunluq cəza

12:20

AFFA-dan Superliqa açıqlaması: "Separatçılığı qınayırıq"

11:54

Honda Afrikadakı layihələrə investisiya qoyacaq

11:31

UEFA prezidenti: "55 üzv ölkənin hamısı Superliqaya qarşı çıxdı"

10:45

Avropa Klublar Birliyinin yeni prezidenti bilindi

10:26

Türk klubunda yeni baş məşqçi

10:08

Avropa çempionatı: Daha dörd idmançımız mübarizəyə başlayır

09:47

Azərbaycan boksçusu DÇ-də erməniyə rəqib oldu

00:05

Araz Abdullayev qələbədə pay sahibi oldu

19 Aprel 2021
23:24

Orxanın komandası yarımfinala yüksəldi

21:15

AÇ: 3-ü yarımfinalda uduzdu, Bayramov finala çıxdı

19:33

Yığmamız uduzdu

18:15

Milli komandamızın Avropa çempionatı üçün heyəti açıqlandı

18:12

La Liqa Avropa Superliqasına qarşı sərt mövqe sərgilədi

17:52

Fanatları "Liverpul"u boykotla hədələdi - SƏBƏB

17:47

Xarici çempionatlarda çıxış edə biləcək futbolçularımız açıqlandı - SİYAHI

16:34

Azərbaycanda federasiya prezidenti vitse-prezidenti işdən çıxardı - Xəyanət ittihamı

16:27

Avropa çempionatı: Dörd güləşçimiz yarımfinalda, Zubairov uduzdu

16:06

"Qarabağ"ın qapıçısı: "Başıma 25-dən artıq, üzümə 7 tikiş qoyulub"

14:56

Sadıxovun qolu Avropada ilk "10-luğ"a layiq görüldü

14:43

"Yuventus"un prezidenti UEFA və ECA-dan istefa verdi

13:59

Avropa çempionatı: Güləşçimiz erməniyə qalib gəldi

Facebookdan bizi izləməyi unutmayın.