14:37 06.05.2020 226

Qurban Qurbanov: “Karantin rejiminin uzadılmasını gözləmirdim”

Koronavirus pandemiyasına görə Azərbaycan Premyer Liqasında fasilə uzanacaq. "Qafqazinfo” xəbər verir ki, bir neçə gün öncə Peşəkar Futbol Liqası açıqlama yayaraq çempionatda mübarizə aparacaq komandalara mayın 4-dən məşq etmək üçün icazə verilə biləcəyini  açıqlasa da, Operativ Qərargah fərqli qərar qəbul etdi. 

Ölkədə karantin rejimi mayın 31-dək uzadıldı və idman qurğularından istifadəyə, kütləvi idmana icazə verilmədi. Qərarın dəyişməsi klubların planlarına təsir etdi. Baş məşqçilərlə danışaraq son vəziyyət barədə məlumat  almağa çalışdıq:

"Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov son qərardan öncə ən azı məşqlərin başlayacağına ümid olmasından danışıb: "Düzünü desəm, karantin rejiminin uzadılmasını gözləmirdim. Açığı, bunun baş verəcəyinə ehtimal versəm də, federasiya ilə olan danışıqlardan sonra düşünürdüm ki, ən azı məşqlərə start verə biləcəyik. Amma konkret məşqlərə başlamağa icazə verilmədi. Bu da onu göstərir ki, çempionat yaxın zamanlarda başlamayacaq. Komandaya da bu pis təsir edəcək. Uzun müddət məşqsiz, oyunsuz qalmaq çətindir və oyun təcrübəsi azalır, idman durumu aşağı düşür. Demək olar ki, futbolçular öz fiziki, texniki, taktiki durumlarını yeni-yeni bərpa etməyə başlamışdılar ki, çempionat dayandı. Futbolçuların öz formasına qayıtması asan olmayacaq. Bunun onlara çox təsiri olacaq. 

Çempionatın davam etdirilməsi necə olacaq, bu barədə heç nə deyə bilmərəm. Mayın 31-nə qədər karantinin uzadılması futbol üçün, kütləvi yarışlar üçün yaxşı işarə deyil. Baxmayaraq ki, İspaniyada, İtaliyada, Almaniyada, hətta Türkiyədə qrup halında məşqlərə icazə verilib, lakin bizdə bu olmadı. Əgər bizdə də qrup halında məşqlərə icazə verilsəydi, çempionata daha hazır şəkildə başlamaq olardı. Hətta çempionatın başlaması geciksə də, çətinlik olmazdı. Bu karantin müddəti 31-nə qədər davam edərsə, bizə hazırlıq üçün 2-3 həftədən daha çox vaxt lazım olacaq. Çünki bu müddətdə onların idman formasından uzaqlaşması açıq görünür.  Hər bir halda biz dövlətin qayda-qanunlarına əməl etməliyik, icazə vaxtını gözləməliyik. Səbirli olub vaxtımızı gözləməliyik ”.

"Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev karantinin uzadılmasının psixoloji olaraq futbolçulara pis təsir edəcəyindən söz açdı:  "Mayın 4-dən məşqlərə başlayacağımıza ümidlənmişdik. Səbrsizliklə gözləyirdik ki, məşqlərə start verək, hazırlaşaq. Lakin düşündüyümüz kimi olmadı və gözləmə mövqeyindəyik. Dövlətimizin verdiyi qanuna uyğun olaraq hərəkət etməliyik. Fikrimcə, bu durum futbolçulara fizikadan daha çox psixoloji olaraq təsir edəcək. Ümid edirəm ki, məşqlərin bərpasına tez zamanda icazə veriləcək və futbolsevərlər stadionlara qayıdacaq. İstərdik ki, çempionatı davam edək və başa çatdıraq. Turnir cədvəlini də nəzərə alsaq, bütün komandaların avrokubok şansı var. Bu da mübarizənin gərgin olacağına işarə edir”.

"Neftçi”nin çalışdırıcısı Fizuli Məmmədov karantin müddətinin uzadılacağını gözləmədiklərini deyib: "Açığı, karantin müddətinin uzadılmasını gözləmirdim. Xəbər var idi ki, çempionat mayın 23-24-də start götürə bilər. Bu bizdə xoş əhval-ruhiyyə yaratmışdı. Karantin müddətinin uzadılmasını görəndən sonra ruh düşkünlüyü yarandı. Lakin hər kəs dərk edir ki, bu nəyə görədir. Bizim sağlamlığımız düşünülür və bütün futbolçularla da əlaqə saxlamışam. Yenə onlayn, individual məşqlərimizi davam etdirəcəyik. Ümid edirəm ki, çempionat bərpa ediləcək. Yaxın günlərdə xoş xəbərlərin gələcəyinə ümidliyəm. Məşqlərə başlasaq, 25-30 gün sonra liqanın başlaması mümkündür. Biz də qısa müddətdə mövsümü bitirə bilərik. Ümidim çoxdur ki, Premyer Liqa davam etdiriləcək”.

"Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov çempionatın bərpa olunacağına ümidləndiyini bildirib: "PFL-in açıqlamasından sonra ümidlənmişdik. Düşünürdük ki, komandalara qrup şəklində məşqlərə icazə veriləcək. Mayın sonunda da çempionat bərpa ediləcək. Əlbəttə ki, bu gün sağlamlıq daha önəmlidir. Lakin iş baxımından baxsaq, futbolçular psixoloji olaraq daha çox təsir altına düşdülər. Gözləyirdilər ki, məşqlər başlasın, darıxdırıcı günlər bitsin. Karantin müddətinin uzadılması onlarda psixoloji sarsıntı yaratdı.  Əgər mayın 31-nə qədər  məşqlər bərpa edilməsə, çempionatı davam etdirmək şansımız çox az olacaq. Hamı istəyir ki, çempionat bərpa olunsun. Lakin istəkdən asılı deyil. Futbolçular artıq 2 aydan çoxdur ki, məşq etmir və buna vaxt lazım olacaq. Onların sağlamlığını da riskə ata bilmərik.  Yəni indiki vaxta qədər düşünürdük ki, 3 həftə hazırlıq üçün bəs edər. Amma karantinin uzadılmasından sonra bu vaxt kifayət etməyək. Daha uzun müddət lazımdır. Onun da olacağını düşünmürəm. Məncə, bu səbəbdən çemponatın keçirilmə ehtimalları azalır”.

"Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov isə çempionatın bu vəziyyətdə dayandırılmasının tərəfdarıdır: "Gözləyirdim ki, karantin müddəti uzadılacaq. Ölkə başçısı da qeyd edib ki, ən əsas insanların, əhalinin sağlamlığıdır və buna görə də hazırki vəziyyətdə atılan addımlar, karantinin uzadılması ən doğru seçimdir. Sözsüz ki, pandemiya hər kəsə, xüsusən də idmançılara təsir edir. Daim məşq edən insanlar üçün evdə qapalı qalmaq ilk növbədə psixoloji zərbədir. Həmçinin, kollektiv şəklində məşq edə bilməmək də ümumi komandaya mənfi təsir göstərir. Düşünürəm ki, hazırda çempionatın elə bu vəziyyətdə dayandırılması daha məqsədəuyğun olar. 2 aya yaxındır ki, məşqlərdən, futboldan kənar qalmışıq. Əgər hazırda çempionat bərpa olunsa yüksək səviyyəli, baxımlı futbol izləyə bilməyəcəyik. Uzun fasilədən sonra avrokuboklara hazırlaşan komandalar üçün 4, çempionatın yeni mövsümünə hazırlaşmaq üçün isə 8 həftə lazımdır. Birdən birə qısa müddətdə komandanı lazımı kondisiyaya çatdırmaq mümkün deyil. Əgər çempionat bərpa olunsa bu zədə epidemiyasına da gətirib çıxaracaq. 2 aydan sonra qısa hazırlıq müddəti keçərək oyunlara çıxmaq futbolçuların sağlamlığına da zərbə vura bilər”.

"Zirə”nin baş məşqçisi Zaur Həşimov isə karantin rejiminin uzadılmasının gözlənilməz olduğundan söz açıb: "Karantin müddətinin uzadılması gözlənilməz oldu. Biz mayın 5-21-i məşq planını hazır etmişdik. Amma insan sağlamlığı daha önəmlidir. Karantinin uzadılması qərarınını anlayışla qarşılayıram. Hazırda vəziyyət qeyri-müəyyəndir. Lakin çempionatın davam etməsini istərdim”.

 "Səbail”in baş məşqçisi Aftandil Hacıyev PFL-in bir neçə gün öncə verdiyi açıqlamadan sonra proqram hazırladıqlarını açıqlayıb: "Açığı, çox ümidlənmişdik. Düşünürdük ki, mayın 4-də karantin başa çatacaq. Hətta mayın 23-dən çempionatın bərpası da gözlənilirdi. Buna görə proqram da hazırlamışdıq. Yenidən karantin rejiminin uzanacağına ehtimal vermirdik. Komandaya bütün bunların təsiri var, çünki uzun müddətdir ki, fasilədəyik. Lakin bu vəziyyət bütün komandalara eyni təsir edir. Çempionatın dayandırılacağının və yaxud davam etdirilməsi ehtimalının çox olması barədə danışmaq çətindir. İlk növbədə qərargahın cavabını gözləməliyik. Əgər may ayında məşqlərə başlaya bilsək, çempionatın davam etdirilməsi mümkün ola bilər. Lakin belə olmadığı halda çətin olacaq. Federasiya yəqin ki, müzakirələr aparacaq. Çünki sıx qrafikdə oynamaq çox ağır olar. Məşqlərə başlamaq lazımdır ki, oynayaq. Alternativ variantlar da ola bilər. Bu barədə federasiya daha yaxşı məlumat verəcək”.

"Sabah”ın çalışdırıcısı Jelko Sopiç  komandaların hazırlıq üçün 4-6 həftəyə ehtiyacı olacağını bildirib: "Eşitdim ki, karantin müddəti uzadılıb. Mənim nə düşündüyümün bir önəmi yoxdur, çünki qərarı dövlət verir. Onlar insanların sağlamlığını düşünürlər. Biz uzun müddətdir ki, məşq etmirik, oynamırıq. Komandaların hazır olması üçün 4-6 həftə vaxt lazım olacaq. Çünki bu qədər hazırlıq olmalıdır ki, sonra ciddi zədələr, zədəlilərin sayı çox olmasın. Təsəvvür edin ki, biz 75 gün sonra meydanlara qayıdacağıq. Bunun üçün qısa hazırlıq keçsək, böyük problemlər ortaya çıxa bilər. Bir ay ən azı toplanış keçib hazır ola bilərik. Qərarın isə bizdən asılı olan tərəfi yoxdur”.

Mənbə: qafqazinfo.az
Oxşar xəbərlər

Xəbər lenti

06 İyun 2020
00:36

Məşhur braziliyalı forvard Rusiya klubuna keçir

05 İyun 2020
21:22

Evə bərbər çağırdılar, cərimələndilər

19:30

Beyl "Real"da qalır? - Menecerindən açıqlama

18:40

Bundesliqada 30-cu tur həyəcanı: "Bavariya" "Bayer" səfərində, "Borussiya" "Herta"ya qarşı

18:11

Azərbaycanda futbolçulardan müsahibə götürmək mümkün olmayacaq

17:59

"Qarabağ" Türkiyə millisinin sabiq üzvünü transfer edir

17:52

FIFA Superliqa klubuna transfer qadağası qoydu

17:44

Premyer Liqa klubu kredit götürdü - 175 milyon

17:27

Quardiolanın yeni köməkçisi o olacaq

16:47

Azərbaycanda futbol hakimi davaya müdaxilə etməyəcək

16:41

Timo Vernerin yeni klubu bəlli oldu

16:25

Qapıçı cərimə zərbəsindən qol vurdu, komandasını finala çıxardı - VİDEO

16:23

"Sabah"ın futbolçusunun ailə üzvləri koronavirusdan sağaldı

15:55

Premyer Liqamızda koronavirus aşkarlanarsa, hansı addım atılacaq?

15:53

Azərbaycan Kubokunda 6-cı əvəzetməyə icazə verildi

15:49

Azərbaycan klublarının azad agent transferlərinə müddət qoyuldu

15:41

"Mançester Siti" - "Liverpul" oyunun tarixi bəlli oldu - İPL-in təqvimi

15:29

PFL Premyer Liqa və kubokla bağlı təlimatları açıqladı

14:52

"Neftçi"dən Platellas və Mustivar açıqlaması

14:49

Messinin zədəsi ilə bağlı SON DURUM

14:48

Həftəsonu qadağaları davam etsə, PFL hansı addımı atacaq?

14:36

"Neftçi"dən ayrılacaq legionerlərə biri də qoşuldu

14:21

"Döyüş adası" nə vaxt hazır olacaq? - UFC prezidenti açıqladı

14:01

Azərbaycanın yarım milyonunu mənimsəyib

13:30

İlk milyarder futbolçu - Kriştianu Ronaldu

13:20

Ən ödənişli futbolçulardan biri "Neftçi"dən gedir

13:03

"Barsa"nın Lautaroya görə növbəti təklifi: 80 milyon avro + Firpo

12:36

Klub avtobusuna hücum edilib: İki futbolçu xəsarət alıb

12:32

“Qaradərili ilə evləndiyim üçün məni öldürmək istəyirdilər” - FOTOLAR

12:17

Milli futbolçumuz "Bohum"da qalacaq? - SON DURUM

11:58

"Liverpul"u "Lester"ə dəyişir

11:30

"Yeni Pirlo" "İnter"ə keçir

10:53

"Liverpul", yoxsa "Çelsi"? - Vernerin seçimi

10:37

Elxan Məmmədov gizli şirkətini kimin adına rəsmiləşdirib? - ARAŞDIRMA

10:20

"Real" 17 yaşlı vunderkindin transferini əsas hədəf sayır

10:10

"Real"ın 80 milyon avroluq təklifini rədd etdilər

09:37

Pellenin model sevgilisi təqibçilərini məst etdi - FOTO

09:35

NBA-nın bərpa tarixi və formatı dəqiqləşdi

09:24

Azərbaycanın tanınmış futbol məşqçisi koronavirusa yoluxdu

09:05

"Yuventus" - "Milan" və "Napoli" - "İnter" matçları bu tarixlərdə oynanılacaq

09:00

"Neftçi"nin sabiq baş məşqçisinə İtaliya klubundan təklif

00:30

"Xəzər Lənkəran"da oynamış yarımmüdafiəçi baş məşqçi oldu

04 İyun 2020
20:20

Tanınmış məşqçinin zalı yandırıldı

19:10

İran millisinin üzvü "Arsenal"ın "radar"ında

18:27

Operativ Qərargahdan "Formula 1"lə bağlı açıqlama

18:15

"Rus ayısı": "Amerikada indi ağdərili olmaq çətindi"

17:35

Premyer Liqada 5 oyunçu dəyişikliyinə icazə verildi

17:10

Məhkəmə ulduz futbolçu barədə qərar çıxardı: 6 aylıq həbs cəzası...

16:30

"Real"ın əfsanəsi Bundesliqa klubunun baş məşqçi postuna əsas namizəddi

16:23

FİFA Rusiya klubuna transfer qadağası qoydu

15:59

Rakitiç keçmiş klubuna qayıdır?

15:24

"Neftçi"nin sınaqçı-rəqiblərinin adlarına aydınlıq gəldi

15:21

Messi "Barsa"nın "Malyorka" ilə oyununu buraxa bilər - SƏBƏB

14:37

Elvin Məmmədov: "Buna gücüm çatacağına əminəm"

14:35

Sabiq çempion qolunun hansı vəziyyətə düşdüyünü göstərdi və pul tələb etdi - FOTOLAR

14:02

Bundesliqa: "Ayntraxt"dan "Verder"ə 3 cavabsız qol (VİDEO)

13:39

Vüqar Nadirov: "Paltardəyişmə otağı təkcə soyunub-geyinmək üçün deyil axı..."

13:30

Yuri Syomin yenidən "Dinamo"da?

13:07

"Qəbələ"nin daha iki futbolçusu "Sabah"da - RƏSMİ

13:00

"Avrokuboklarla bağlı qərar verilməyib" - UEFA-dan reaksiya

12:36

Sexudo dünya çempionunu hədələdi: "Səni diz çökdürərəm!"

12:31

"Mançester Yunayted" 80 milyon avro ödəməyə hazırdı - bu futbolçuya görə

12:12

Avropa çempionatı Parisdən alınıb Bakıya verildi

11:56

Alaba və Tyaqonun "Bavariya"dakı gələcəyi necə olacaq? - SON DURUM

11:32

"Instagram" milyonerləri - Ronaldu, Messi və Neymar

11:05

Azərbaycanlı üçqat dünya çempionu koronavirusa yoluxdu - FOTO

10:55

"Real" tarixinin ən yaxşı oyunçuları kimlərdi? - Kasilyas açıqladı

10:25

Operativ Qərargahdan açıqlama: Azərbaycan Premyer Liqası yenidən təxirə salınacaq?

10:15

"Messi, yoxsa Ronaldu? Məncə, Levandovski daha yaxşıdı"

09:35

Çempionlar Liqasının qalan oyunları bu ölkədə keçirilə bilər

Facebookdan bizi izləməyi unutmayın.