İtaliyanın paytaxtı Romada güləş üzrə
Avropa çempionatı davam edir.
Fanat.Az Azərbaycan Güləş Federasiyasının (AGF) rəsmi
saytına istinadən xəbər verir ki, ikinci yarış
günündə 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə
qoşulub.
Murad Bazarov debütdə çətinliklə də olsa, İtaliya güləşçisinə
qalib gəlib. Ancaq 1/4 finalda məğlubiyyətdən qaça bilməyib. Ermənistan güləşçisi
finala yüksəldiyi üçün Murad fevralın 12-də təsəlliverici görüşdə iştirak edəcək.
İslambek Dadov təsnifat mərhələsində macar həmkarı ilə görüşdə
ilk hissəni 7:0 öndə tamamlasa da, fasilədən sonra zəif çıxış edərək məğlub
olub.
Ülvü Qənizadə Avropa çempionatına bolqar rəqibi üzərində
inamlı qələbəylə start verib. Lakin 1/4 finalda 3 qat dünya çempionu, alman
Frank Şteblerə batmaq mümkün olmayıb. Titullu rəqib finala kimi irəlilədiyindən
Ülvü üçüncü yarış günündə təsəlliverici görüşə çıxacaq.
Rafiq Hüseynov əvvəlcə hollandiyalı güləşçiyə çətinlik çəkmədən
qalib gəlib. İsveç təmsilçisiylə görüşdən də üstün ayrılan təcrübəli pəhləvanımız
yarımfinala yüksəlib. Finalın bir addımlığında yerli güləşçiylə qarşılaşan həmyerlimiz
italyan rəqibinə çətinlik çəkmədən qalib gələrək 9 illik fasilədən sonra Avropa
çempionatının finalına vəsiqə qazanıb.
Orxan Nuriyev ilk görüşdə polşalı rəqibiylə bacarmayıb.
Qeyd edək ki, fevralın 12-də gündüz seansında bu çəkilərdə təsəlliverici
görüşlər, axşam seansında isə medal qarşılaşmaları keçiriləcək.
60 kq
Təsnifat:Murad Bazarov- Yakopo
Sandron (İTA) 2:1
1/4 final: Murad Bazarov - Gevorq Qaribyan (ARM) 0:8
Təsəlliverici görüş: Murad Bazarov - Avqustin Boyanov Spasov
(BUL)
67 kq
Təsnifat: İslambek Dadov - Kristian İştvan Vança (HUN) 7:8
72 kq
1/8 final:Ülvü
Qənizadə- Stoyan Stoyçev Kubatov (BUL) 6:1
1/4 final: Ülvü Qənizadə - Frank Ştebler (GER) 0:8
Təsəlliverici görüş: Ülvü Qənizadə - Anatoli Popov (MDA)
82 kq
1/8 final:Rafiq
Hüseynov- Tirone Sterkenburq (NED) 8:0
1/4 final:Rafiq
Hüseynov- Boqdan Kurinnoy (SWE) 3:2
1/2 final:Rafiq
Hüseynov- Çiro Russo (İTA) 7:1
FİNAL: Rafiq Hüseynov - Daniel Tixomirov Aleksandrov (BUL)
97 kq
Təsnifat: Orxan Nuriyev - Tadeuş Mixalik (POL) 0:9
Qarşılaşmaları
aşağıdakı linkdən canlı izləmək mümkündür:
https://unitedworldwrestling.org/event/european-championships-19?tab=results