Qrup mərhələsinin son oyununda Argentinaya məğlub (0:2) olmasına baxmayaraq, 1/8 finala yüksələn Polşa millisinin lideri Robert Levandovski matçdan sonra Lionel Messi ilə söhbətinə aydınlıq gətirib.
Fanat.Az xəbər verir ki, 34 yaşlı hücumçu bu barədə ona sual ünvanlayan "Bild"in əməkdaşına bunları deyib:
“Qısa danışdıq, çox xoş oldu. Ona həmişəkindən daha çox müdafiədə oynadığımı söylədim. Bəzən komandaya bu lazımdır. Mərkəzdə olmaq və müdafiəyəmeyilli yarımmüdafiəçi kimi qeyd etmək nadir haldır, amma komandama kömək etməli olduğumu bilirdim. Ona da bunları dedim".
Lionel Messi and Lewandowski after the Game❤
— Ishfaq Khan (@IshfaqK100) November 30, 2022
Huge Respect!#Messi𓃵 #Messi #messi_day pic.twitter.com/o6Tx1VTgd6
Xatırladırıq ki, Polşa millisi matçın gedişində hesabda geridə olmasına baxmayaraq, üçüncü qol buraxmaqdan və Meksikadan top fərqinə görə geri qalmaqdan ehtiyat etdiyi üçün matçın son dəqiqələrində kütləvi müdafiə olunmuşdu.
Mirağa