Niderland millisinin müdafiəçisi Ceremi Frimponq "Mançester Yunyated"in hədəfindədir.
Fanat.Az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Xəbərə görə, "qırmızı şeytanlar"ın skautları "Bayer Leverkuzen"in futbolçusunu diqqətlə izləyib. Frimponqun zədələnməsinə baxmayaraq "Mançester Yunayted" onu yanvarda transfer etmək fikrindədir.
İngiltərə təmsilçisi DÇ-2022 başa çatan kimi Ceremi üçün rəsmi təklif göndərəcək.
Röya