Azərbaycanın Yaponiyanın paytaxtı Tokioda keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirində yeganə təmsilçisi Leyla Əliyevanın ilk rəqibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində yer alan idmançı mübarizəyə 1/8 finaldan qoşulacaq. Bu mərhələdə onun rəqibi Edna Karrillo (Meksika) / Kurbanay Kurbanova (Türkmənistan) cütünün qalibi olacaq.
İdmançımız tatami üzərinə dekabrın 4-də çıxacaq.
Qeyd edək ki, turnirdə 59 ölkədən ümumilikdə 346 cüdoçu mübarizə aparır.