14:34 03.12.2022 562

Aslan Kərimov \"Neftçi\" - \"Qarabağ\" oyununu dəyərləndirdi

Ötən gün Misli Premyer Liqasının XVI turunda Azərbaycan derbisi baş tutdu. "Qarabağ" səfərdə əzəli rəqibi "Neftçi"ni i4:0 hesabı ilə məğlub etdi. Bu qələbədən sonra xal sayını 44-ə çatdıran Ağdam təsmilçisi turnir cədvəlində liderliyini daha da möhkəmlətdi. 32 xalla üçüncü sırada qərarlaşan "Neftçi"nin isə ikinci olan "Sabah"dan 6 xal geri qalır. 

Millimizin sabiq üzvü, veteran futbolçu Aslan Kərimov Fanat.Az-a açıqlamasında sözügedən matçı dəyərləndirdi. 

"4:0 hesabın qeydə alındığı oyundan sonra söz demək gülünc olur. "Qarabağ"ın üstün tərəfi cinah oyunçularının texnikalı olmasıdır. Bunu hələ avrokubok oyunlarında göstərmişdilər. Kevin Medinanın qayıdışı və Maksim Medvedevin meydanın sağ cinahında yer alması "Qarabağ"ın müdafiə xəttinin keçilməz olacağına işarə verirdi. Bunun qarşılığında "Neftçi" nə edə bilərdi?! Əslində "Neftçi"nin yarımmüdafiə xətti çempionat ərzində digər rəqiblərə qarşı pis təsir bağışlamırdı. Bu baxımdan "Neftçi" daha çox meydanın mərkəzini ələ alıb, əks-hücumlarda rəqibin arxasına atılan topları qol imkanına çevirməyə şərait vardı. Onlar Yusuf Laval və Qodsvey Donyo kimi sürətli oyunçulardan istifadə etmək niyyətində idilər. 

Amma oyunun startından "Neftçi"nin nə yarımmüdafiə, nə də hücum xətti heç də yaxşı təsir bağışlamadı. Deməzdim "Qarabağ" mükəmməl oyun nümayiş etdirdi. Sadəcə "Neftçi"nin oyunu yaxşı deyildi. Ona görə də "Qarabağ" istədiyini əldə edə bilirdi. İlk dəqiqələrdən artıq "Qarabağ"ın bir neçə qol imkanı yarandı. Əslində "Neftçi" kompkat müdafiə olunmaq istəyirdi. Öz yarımmeydançasında idi, amma müdafiə xətti daha çox önə çıxırdı. Bu da "Qarabağ"ın cinah oyunçularına əlverişli zonalar yaradırdı. Qollara da baxsaq görərik ki, "Qarabağ"ın yaratdığı bütün qol imkanları "Neftçi"nin müdafiəçiləri və mərkəz müdafiəçilərinin aralarında olan boşluqlardan yaranıb. 

"Neftçi" əks-hücumlar etmək istəyirdi. Orda bir tək Donyo öndə qalırdı. O da ya topun qəbulunda səhvlərə yol verirdi, ya da topu qəbul edəndə komanda yoldaşları ona gəlib çatmaqda çətinlik çəkirdilər. Belə olan halda da "Qarabağ"ın müdafiə xətti topu ələ keçirirdi. Belə oyunun gedişatında "Qarabağ"ın yaratdığı qol imkanları sonda öz nəticəsini göstərdi. 

"Qarabağ"ın da heyətində biraz sönük görsənən futbolçular vardı. Məsələn, Kvabena Ovusu və Riçard Almeyda. Baxmayaraq Riçard topla oynamağı xoşlayan futbolçudur, önə verilən pasları o qədər də yaxşı deyildi. Ancaq cinah yarımmüdafiəçiləri, cinah müdafiəçiləri və dayaq yarımmüdafiədə Qara Qarayevinn oyunu yaxşı idi. Qara "Neftçi"nin yarımmüdafiəsində olan Eddi İsrafilovu zərərsizləşdirirdi. Ümumiyyətlə, Qara daha çox görsəndi, nəinki Eddi. Eddi bu oyunda demək olar ki, nə top alması ilə, nə də hücumların təşkili ilə görsənmədi. Bütün bunların fonunda "Qarabağ" iki qol vurduqdan sonra matçın müqəddaratı həll olundu. "Qarabağ"ın heyətində bəlkə Musa Qurbanlını tez-tez istifadə etmək olardı. Çünki Ovusu son vaxtlar qol vurmur. Demirəm Musa Ovusudan daha güclü futbolçudur, sadəcə olaraq daxili çempionatda çıxdığı son matçlarda, hətta millinin oyunlarında da qol vurub. Bu baxımdan "Qarabağ" Musanı seçsəydi, məncə, daha tez qol vura bilərdi. 

İkinci hissədə qollar vurulduqca, "Neftçi"nin meydanda necə aciz olduğu görsəndi. Hər iki komandanın əvəzetmələrinə nəzər yetirsək, Baqamolskinin meydana buraxılması nəyə hesablanmışdı, ümumiyyətlə bu oyunçunu niyə alıblar sualının cavabını hələ də tapa bilmirəm. Baş məşqçi seçibmi, yoxsa hansısa menecer tərəfindən gərilib, hansı kriteriyalara görə götürülüb anlamıram. Ehtiyatdan meydana daxil olanlar da oyunu gücləndirə bilmədilər. "Qarabağ"da isə ilk hissədə göstərdikləri oyunu ikinci hissədə də davam etdirə bildilər. Sonda bu nəticəyə gəlirik ki,  1-ci yerlə 3-cü yer arasında 0:4 hesablı məğlubiyyətdən varsa, oyun baxımından bu qədər uçurum varsa, artıq "Neftçi"nin texiniki heyəti bu barədə fikirləşməlidir. Keçən il -2ci yeri tutduğuna görə Samir Abasovu uzaqlaşdıran komanda indi 3-cü yeri güclə saxlayır əlində. Görün nə qədər xal fərqi var. Bu, ən azından "Neftçi" rəhbərliyini düşündürməlidir". 

Röya Kərimli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X