Azərbaycanın Yaponiyanın paytaxtı Tokioda keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirində yeganə təmsilçisi Leyla Əliyeva bu gün mübarizəyə qoşulub.
Fanat.Az xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində Edna Karrillo (Meksika) ilə qarşılaşıb. Rəqibinə məğlub olan 25 yaşlı idmançı yarışda çıxışını başa vurub.
Qeyd edək ki, turnirdə 59 ölkədən ümumilikdə 346 cüdoçu mübarizə aparır.