İngiltərə millisinin futbolçusu Rahim Sterlinqin 1/8 final mərhələsində Seneqalla matçda (3:0) iştirak etməməsinin səbəbi bəlli olub.
Fanat.Az xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası gedişin səbəbinin “ailə vəziyyəti” olduğunu açıqlayıb.
İngiltərə mətbuatı isə onun evinə silahlı quldurların girdiyini açıqlayıb. Jurnalist Abka Fitz-Henley futbolçunun ailəsi evdə olarkən silahlı soyğunçuların onun Londondakı evinə girərək qızıl-zinət və digər müxtəlif qiymətli əşyaları apardıqlarını bildirib.
İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt oyundan sonra Sterlinqin gedişinin səbəbini açıqlamasa da, bunları deyib: "Ən əsası odur ki, o, hazırda ailəsinin yanındadır. Biz onu dəstəkləyirik və ona nə qədər vaxt lazımdırsa, o qədər vaxt verəcəyik. Ona təzyiq etmək istəmirəm. Ailə futboldan öndə gəlir".
Yarımmüdafiəçinin 1/4 finalda Fransa ilə dekabrın 10-da baş tutacaq oyuna qayıdacağı bəlli deyil.
Rahim Sterlinq Qətərdə keçirdiyi iki oyunda bir qol vurub və bir məhsuldar ötürmə edib.
Mirağa