Münhenqladbax "Borussiya"sının qapıçısı Yan Zommer karyerasını İngiltərədə davam etdirəcək.
Fanat.Az xəbər verir ki, məlumatı "Bild" nəşri yayıb.
Mənbənin məlumatına görə, İsveçrə millisinin qapıçısı "Mançester Yunayted"ə keçəcək. Transfer yanvarda baş tutacaq.
Zommer “Mançester Yunayted”də 33 yaşlı isveçrəli David De Xeanı əvəz edəcək. Mankunianların ispaniyalı ilə müqaviləni yeniləməyəcəyi, Zommerin növbəti mövsümdən komandanın əsas qapıçısına çevriləcəyi bildirilir.
Mirağa