Belçika millisinin aparıcı futbolçuları yeni baş məşqçi seçiminə cəlb olunacaqlar.
Fanat.Az xəbər verir ki, bu barədə "Het Nieuwsblad" məlumat yayıb.
Mənbənin məlumatına görə, Romelu Lukaku, Kevin De Brüyne və Tibo Kurtua məşqçi seçiminə cəlb olunaraq onların fikirləri dinləniləcək.
Hazırda Belçika millisində baş məşqçi postu vakantdır. Dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazana bilmədiyi üçün Roberto Martines istefaya göndərilib.
Mirağa