Beynəlxalq Cüdo Federasiyası (IJF) yeni reytinq siyahısını dərc edib.
Fanat.Az xəbər verir ki, Azərbaycan cüdoçularından üçü ilk "3-lük"də yer alıb. Hidayət Heydərov (73 kq) 6070 xalla 2-ci, Səid Mollayi (81 kq) 4664, Zelim Kotsoyev (100 kq) isə 4421 xalla üçüncüdürlər.
90 kiloqram çəki dərəcəsində Məmmədəli Mehdiyev (4071 xal) 4-cü yerdə qərarlaşıb.
Digər cüdoçulardan Balabəy Ağayev (60 kq) 3002 xalla 7-ci, eyni çəkidəki Kəramət Hüseynov 2607 xalla 11-ci yerdə gedir. Orxan Səfərov (66 kq) 2751 xalla 10-cudur. Uşanqi Kokauri (+100 kq) 14-cü, Rüstəm Orucov (73 kq) 15-ci sırada qərarlaşıb.