Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"90min": "Vulverhempton"un futbolçusu Adam Traore yenə də "Tottenhem"in diqqətindədir. Klub bu futbolçu ilə hələ ötən ilin yayından maraqlanırdı. "Tottenhem"in baş məşqçisi Antonio Konte Traorenin çıxışını çox bəyənir.
Qeyd edək ki, 26 yaşlı ispaniyalı hücumçunun "Vulverhempton" ilə müqaviləsi gələn ilin iyun ayında başa çatır. O, "Napoli", "İnter" və "Atletiko Madrid"in də maraq dairəsindədir.
"Readfootball": "Milan"ın hücumçusu Rafael Leau karyerasını harada davam etdirəcəyinə işarə edən paylaşım edib. Portuqaliya millisinin yarımmüdafiəçisi öz "Twitter" hesabında "Milan"da vurduğu qolu "Bu, hələ hamısı deyil" şərhi ilə paylaşıb. Onun A Seriyası klubu ilə müqaviləni yeniləyəcəyi ehtimal edilir.
Qeyd edək ki, Leau "Çelsi", "Mançester Yunayted" və "Real Madrid"dən təklif alsa da, "Milan"ın baş məşqçisi Stefano Pioli 23 yaşlı futbolçunun komandada qalacağına əmin olduğunu demişdi.
"Juvefc.com": "Yuventus" "Benfika"nın istedadlı futbolçusu Antonio Silvaya maraq göstərir. 19 yaşlı vunderkind "Napoli"nin də diqqət mərkəzindədir.
Portuqaliyalı mərkəz müdafiəçisinin klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir. "Benfika"nın gələcək vəd edən futbolçuların hesab olunduğu üçün onu asanlıqla buraxacaqları gözlənilmir.
İnsayder Fabritsio Romano: "Real Madrid" "Palmeyras"ın hücumçusu Endriki transfer etməyə hazırlaşır. Tərəflər arasında danışıqlar davam edir. İspaniya klubu 16 yaşlı braziliyalı üçün bonuslar da daxil olmaqla, 60 milyon avro təklif edib. "Çelsi" və PSJ də istedadlı futbolçununun xidmətində maraqlıdır.
Endrik yalnız 2024-cü ilin yayında, 18 yaşı tamam olanda Avropa klubunun futbolçusu ola biləcək.
Röya Kərimli