1/8 finalda penaltilər seriyasında Xorvatiyaya uduzaraq Qətərdə keçirilən dünya çempionatı ilə vidalaşan Yaponiya baş məşqçisi ilə yoluna davam edəcək.
Fanat.Az "Nikkansports"a istinadən xəbər verir ki, Yaponiya Futbol Federasiyası Hadzime Moriasu üçün yeni müqavilə hazırlayıb.
Yaponiya mətbuatı 54 yaşlı mütəxəssislə anlaşmanın uzadılacağını xəbər verib. Dörd ildən çoxdur ki, milli komandaya rəhbərlik edən naqasakili məşqçinin müqaviləsinin müddəti sonradan daha iki il uzadılmaq şərti ilə, 2024-cü ilə qədər artırılacaq.
Qeyd edək ki, Yaponiya qrup mərhələsində 2014-cü ilin dünya çempionu olan almanları, daha sonra 2010-cu ilin çempionu olan ispanları məğlub edib.
Mirağa