Azərbaycan I Divizionunda XIII tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, ikinci oyun günündə 3 qarşılaşma baş tutub.
"Qarabağ-2" - "Zirə-2" və "Şamaxı-2" - "Kəpəz-2" matçlarının taleyini bir qol həll edib. Bakıda qonaqlar sevinibsə, Şamaxıda meydan sahibləri qələbəni bayram ediblər.
Autsayderlərin - "İmişli" ilə "Sumqayıt-2"-nin duelində isə qapılara 5 qol vurulub. Ruhid Usubovun komandası oyunun gedişində 3:0 önə keçib, sumqayıtlılar matçın sonunda bunlardan ikisinin əvəzini çıxsa da, məğlubiyyətdən qurtula bilməyib.
Beləliklə, "İmişli" "Sumqayıt-2"ni bir pillə irəliləyərək "gənclik şəhəri" təmsilçisini turnir cədvəlinin "zirzəmis"sinə göndərib.
Qeyd edək ki, turun digər oyunları dünən keçirilib.
I Divizion
XIII tur
6 dekabr
“Qarabağ-2” – “Zirə-2” 0:1
Qol: Taleh Fərmanov, 29.
Hakimlər: Sərxan İsmayılov, Səbuhi Soltanov, Ruslan Quliyev, Namiq Bəkirov.
Binə qəsəbə stadionu, 14:00.
“İmişli” – “Sumqayıt-2” 3:2
Qollar: Nurlan Bayramov, 1-öz qapısına, Əli Tağızadə, 41, Bayram Əliyev, 47 - Cavid Quliyev, 79, Nihad Məmmədov, 88.
Hakimlər: Cavid Cəlilov, Vüsal Məmmədov, Asif Abdullayev, İslam Məmmədov.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
“Şamaxı-2” – “Kəpəz-2” 1:0
Qol: Rüstəm Əlizadə, 90+2.
Hakimlər: Emin Əliyev, Elmin Süleymanov, Anar Bədəlov, Rövşən Rəcəbov.
Şamaxı şəhər stadionu, 14:00.