"Səbail" klubunda ayrılıq yaşanıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, əsas komandanın tibb personalında dəyişiklik baş verib.
Belə ki, futbolçuların sağlamlığına cavabdeh olan Vüqar adlı həkim vəzifəsindən uzaqlaşdırılıb. Onun əvəzinə komandaya gəncəli Sədrəddin Məmmədov təyin olunub. Baş məşqçi Mahmud Qurbanovun həmyerlisi olan Sədrəddin bəy İranda böyük iş təcrübəsinə malikdir. Üstəlik, Azərbaycanın Premyer Liqa klublarından AZAL-ın həkimi olub.
Mirağa