16:59 06.12.2022 326

"İlin Qalibləri - 2022" üçün namizədlər açıqlandı

İdman Araşdırmalar Mərkəzi (İAM) "İlin Qalibləri-2022" layihəsinin icrasına başlayıb.

Ardıcıl 10-cu ildir həyata keçirilən layihənin baş sponsoru "Azfar Group", sponsoru Azərbaycanın ilk idman geyimi brendi "Il`Azero", informasiya dəstəkçisi "Report", təşkilati dəstəkçisi Qusar Olimpiya İdman Kompleksidir.

Layihənin ilkin mərhələsində müxtəlif KİV-lərdə çalışan idman jurnalistləri (hər KİV-dən bir nəfər) arasında 7 nominasiya ("İlin İdman Xadimi", "İlin İdmançısı", "İlin Futbolçusu", "İlin Əcnəbi Futbolçusu", "İlin Komandası", "İlin Məşqçisi" və "İlin İdman Yarışı") üzrə sorğu keçiriləcək. Bu zaman jurnalistlər cavablarında təklif olunan namizədlərdən birini və ya özlərinin layiq bildikləri şəxsi göstərə bilərlər.

Yekunda ən çox səs toplayan namizəd idman ictimaiyyəti nümayəndələrinin iştirakı ilə "Qızıl onluq" adlı mərasimdə mükafatlandırılacaq. Tədbir zamanı İAM-ın xüsusi mükafatları da təqdim olunacaq.

Nominasiyalar və namizədlər bunlardır:

İlin İdman Xadimi
1. Balakişi Qasımov - Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti
2. Cavid Qurbanov - Azərbaycan Voleybol Federasiyasının prezidenti
3. Fərid Qayıbov - Gənclər və idman naziri, Avropa Gimnastikasının prezidenti
4. İlqar Rəhimov - Milli Paralimpiya Komitəsinin prezidenti
5. Mahir Məmmədov - Azərbaycan Şahmat Federasiyasının prezidenti və Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti
6. Mikayıl Cabbarov - Azərbaycan Güləş Federasiyasının prezidenti
7. Orxan Məmmədov - Azərbaycan Minifutbol Federasiyasının (AMF) fəxri prezidenti və "Zirə" klubunun Müşahidə Şurasının sədri
8. Rəşad Nəbiyev - Azərbaycan Cüdo Federasiyasının prezidenti
9. Vüqar Əhmədov - Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti

İlin əcnəbi futbolçusu
1. Abdulaye Ba ("Sabah", Seneqal)
2. Coy Lens Mikels ("Sabah", Almaniya)
3. Hamidu Keyta ("Zirə", Fransa)
4. Kadi Malinovski Borges ("Qarabağ", Braziliya)
5. Kvabena Ovusu ("Qarabağ", Qana)
6. Marko Veşoviç ("Qarabağ", Monteneqro)
7. Ramon Maçado ("Neftçi" / "Qəbələ", Braziliya)
8. Voislav Stankoviç ("Neftçi", Serbiya)

İlin futbolçusu
1. Aleksey İsayev ("Sabah")
2. Bəhlul Mustafazadə ("Qarabağ")
3. Eddi İsrafilov ("Neftçi")
4. Emin Mahmudov ("Neftçi")
5. Mahir Emreli ("Dinamo" Zaqreb, Xorvatiya)
6. Musa Qurbanlı ("Qarabağ")
7. Ozan Can Kökçü ("Telstar" / "Eyndhoven" (Niderland)
8. Ramil Şeydayev ("Qarabağ")
9. Renat Dadaşov ("Tondela" (Portuqaliya) / "Qrasshopper" (İsveçrə)
10. Riçard Almeyda ("Qarabağ")

İlin İdmançısı
1. Anna Başta - qılıncoynatma üzrə Avropa çempionu və dünya çempionatının gümüş medalçısı
2. Ayşən Abdulazimova - Qadın voleybolçulardan ibarət "Vaşaş" komandasında Macarıstan çempionu və ölkə kubokunun sahibi, Azərbaycan millisində V İslam Həmrəyliyi Oyunlarının bürünc medalçısı
3. Bəhram Rəcəbzadə - Kikboksçu, Ümumdünya Oyunlarının və V İslam Həmrəyliyi Oyunlarının qalibi
4. Davud Kərimi - Minifutbol üzrə Avropa çempionu
5. Diana Dimçenko - Sahil avarçəkməsi üzrə Avropa çempionu və dünya çempionatının gümüş medalçısı
6. Eldəniz Əzizli - Yunan-Roma güləşi üzrə Avropa və dünya çempionu, V İslam Həmrəyliyi Oyunlarının qalibi
7. Gövhər Beydullayeva - 20 yaşadək şahmatçılar arasında dünya çempionu
8. Hacı Əliyev - Sərbəst güləş üzrə Avropa çempionatının gümüş medalçısı və V İslam Həmrəyliyi Oyunlarının qalibi
9. Hidayət Heydərov - Cüdo üzrə Avropa çempionu və dünya çempionatının bürünc medalçısı
10. İvan Tixonov – V İslam Həmrəyliyi Oyunlarında idman gimnastikası üzrə qızıl və gümüş medalçı
11. Jalə Əliyeva - 23 yaşadək qadın güləşçilər arasında Avropa çempionu, V İslam Həmrəyliyi Oyunlarının qalibi
12. Nigar Nəsirova – Güllə atıcılığı üzrə dünya çempionatının bürünc medalçısı

İlin Komandası
1. Bədii gimnastika üzrə qrup hərəkətləri komandası - V İslam Həmrəyliyi Oyunlarının qalibi, dünya çempionatının bürünc medalçısı
2. Futbol üzrə Azərbaycan millisi - Ardıcıl 5 beynəlxalq oyunun qalibi
3. Minifutbol üzrə Azərbaycan millisi - Avropa çempionu
4. "Qarabağ" futbol komandası - UEFA Konfrans Liqasının pley-off mərhələsinə vəsiqənin sahibi
5. Paracüdo üzrə Azərbaycan millisi - Dünya çempionu
6. Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi - Avropa çempionatına vəsiqənin sahibi və V İslam Həmrəyliyi Oyunlarının bürünc medalçısı
7. Yunan-Roma güləşi üzrə Azərbaycan millisi - Dünya Kubokunun gümüş medalçısı

İlin məşqçisi
1. Aleksandr Tarakanov (Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi)
2. Canni De Byazi (Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi)
3. Elşad Quliyev – Minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi
4. Qurban Qurbanov (“Qarabağ” futbol komandasının baş məşqçisi)
5. Murad Musayev ("Sabah" futbol komandasının baş məşqçisi)
6. Rəşad Sadıqov ("Zirə" futbol komandasının baş məşqçisi)
7. Rixard Trautman (Cüdo üzrə Azərbaycan millisinin baş məşqçisi)

İlin İdman Yarışı
1. Akrobatika gimnastikası üzrə dünya çempionatı
2. Avarçəkmə və kanoe üzrə Prezident Kuboku reqatası
3. Cüdo üzrə Böyük Dəbilqə
4. “Əziz Şuşa” beynəlxalq velosiped yarışı
5. Formula 1 üzrə Azərbaycan Qran Prisi
6. Paracüdo üzrə dünya çempionatı
7. “Shusha Chess 2022” beynəlxalq şahmat turniri
8. Yunan-Roma güləşi üzrə Dünya Kuboku

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X