"Yuventus"un və Fransa millisinin yarımmüdafiəçisi Pol Poqbanın cadugəri (mətbuatda Birame D. kimi tanınır) müştərisinin ondan heç vaxt yığmadakı komanda yoldaşı Kilian Mbappeni tilsimləməyi istəmədiyini bildirib.
Fanat.Az xəbər verir ki, "Le Parisien" cadugərin dediyini belə çatdırıb:
"Pol məndən heç vaxt Mbappeni tilsimləməyi xahiş etməyib. Bu, ağ yalandır. Bəzi insanlar boş-boş danışmağı sevirlər. Biz Poqba ilə Kilian barədə yalnız DÇ-2018-də baş tutan Fransa - Argentina oyunundan (Fransanın 4:3 hesablı qələbəsi ilə başa çatan görüşdə Mbappe dubl edib - red.) sonra danışmışıq. Mən Pola "Mbappe yaman zirək oğlandır" dedim. O isə mənə "Kilian Tanrının hədiyyəsidir. Bizim işlərimizi çox asnlaşdırır" söylədi".
Nihat