Braziliya millisinin və "Pumas" klubunun müdafiəçisi Dani Alves Argentina ilə mümkün qarşılaşma barədə danışıb.
Fanat.Az xəbər verir ki, o, "Voetbal International"a açıqlamasında Messinin hazırki forması ilə bağlı sualı belə cavablandırıb:
“Hazırda Messi Argentina deməkdir. Hər şey onun varlığından asılıdır. Bütün toplarda onun ayaqlarının izi var. Düşünürəm ki, o, qəddar formadadır. Şübhəsiz ki, Messi mundialda hesablaşmalı olan futbolçulardan biridir. Amma biz yarımfinal haqda düşünməməliyik. Əvvəlcə Xorvatiya ilə 1/4 final qarşılaşmamız var”.
Qeyd edək ki, Braziliya 1/4 finalda Xorvatiyaya, Argentina isə Niderlanda qalib gəlsə, DÇ-2022-nin yarımfinalında qarşılaşacaqlar.
Mirağa