Mərakeş millisinin yarımmüdafiəçisi Sofyan Bufalın maraqlı videosunu yayılıb.
Fanat.Az xəbər verir ki, sentyabr ayında çəkilən videoda futbolçu ölkəsinin yığmasının DÇ-2022-də 1/4 finala yüksələcəyini deyib:
"Elə düşünəsiniz ki, dəli olmuşam. Əgər biz qrupdan çıxsaq, onda 1/4 final mərhələsinə keçə biləcəyik. Biz sürpriz komanda olacağıq. Qananın DÇ-2010-də etdiyini edəcəyik".
Qeyd edək ki, Mərakəş millisi ötən gün 1/8 final mərhələsində İspaniyanı penaltilər seriyasında məğlub edərək növbəti mərhələyə adlayıb. Sözügedən kollektiv 1/4 finalda Portuqaliya ilə üz-üzə gələcək.
Röya