PSJ klubunun prezidenti Nasir Əl-Xelayfi “Mançester Yunayted”dən ayrılaraq azad agentə çevrilən portuqaliyalı hücumçu Kriştianu Ronaldunun mümkün transferi ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, "Sport24" qətərli funksionerin dediklərini belə təqdim edib:
"Əlimizdə üç ulduz forvard (Lionel Messi, Neymar və Kilian Mbappeni nəzərdə tutur - red.) olduğunu nəzərə alsaq, Ronaldunun keçidini reallaşdırmaq çox çətindir. Ona uğurlar arzulayıram. O, hələ də heyrətamiz oyunçudur".
Qeyd edək ki, Ronaldunun Səudiyyə Ərəbistanının "Əl-Nassr" klubu ilə anlaşması ilə bağlı xəbərlər yayılsa da, 37 yaşlı portuqaliyalı məlumatı təkzib edib.
Mirağa