Fransa millisinin zədəli futbolçusu Kilian Mbappedən sağalıb.
Fanat.Az xəbər verir ki, ulduz forvard yığmanın məşqlərinə qoşulub.
O, qazonda yüngül məşq ilə kifayətlənib.
Qeyd edək ki, daha öncə 24 yaşlı hücumçunun topuğundakı ağrılara görə məşqlərdə iştirak etmədiyi bildirilmişdi.
Xatırladaq ki, Fransa millisi dünya çempionatının 1/4 final mərhələsi çərçivəsində İngiltərə yığması ilə qarşılaşacaq. Dekabrın 10-da keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Röya