Dekabrın 20-22-də İsraildə keçiriləcək "Dünya Ustaları" turnirində 6 azərbaycanlı cüdoçu "səpələnmişlər" səbətində yer alacaq.
Fanat.Az xəbər verir ki, yığma üzvlərindən Balabəy Ağayev (60 kq), Orxan Səfərov (66 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq), Məmmədəli Mehdiyev (90 kq) və Zelim Kotsoyev (100 kq) öz çəki dərəcələrində yarış iştirakçıları arasında ilk "səkkizlik"də yer alıblar.
Qeyd edək ki, Azərbaycan yarışda ümumilikdə 15 idmançı ilə təmsil olunacaq. "Dünya Ustaları" mundialdan sonra Olimpiya Oyunlarına ən çox lisenziya xalı verən yarışdır.