Azərbaycan kubokunun 1/4 fiinalının ilk matçında "Kəpəz" "Turan Tovuz"a 1:2 hesabı ilə uduzub.
Fanat.Az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Tərlan Əhmədov matçdan sonra keçirilən mətbuat konfransında məblubiyyəti şərh edib:
"Komandam iki fərqli hissə oynayır. Birinci hissədə daha istəkli, maraqlı, hücumameyilli çıxış edir. Hesabda irəlidə olsaq da, ikinci hissədə tamamilə fərqli futbol oynadıq. Şamaxıda da bunun şahidi olduq. Arxayınlıq yaranır. "Sumqayıt" ilə ev oyununda da eyni ssenari idi. Bu gün də ilk yarıda 1:0 hesabı ilə öndə olduğumuz halda fasilədən sonra istənilən kimi oynaya bilmədik. Bəlkə də vura bilmədiyimiz penalti sınma nöqtəsi oldu. Ümumillikdə birinci hissədə üstünlükdən dolayı rahat oynadıq. Son üç oyunda komanda geri addım atır. Bunun da xeyli səbəbləri var. Bəlkə də məğlub olmamalı idik. Penalti düzgün icra olunsaydı, komanda başqa cür nəticə əldə edə bilərdi. Şanslar hələ ki, bərabərdir. Cavab görüşü var. Çalışacağıq məsələni öz xeyrimizə həll edək, növbəti mərhələyə keçək.
Bəzi futbolçularda arxayınlıq var. Çünki mövqelərində oyunçu yoxdur. Yorğunluq da var. Böyük ölçüdə komandaya bir neçə futbolçu cəlb olunmalıdır. Yeni nəfəs olmalıdır. Hücum xəttində aqressivliyin olmaması, topa nəzarətin itirilməsi istər-istəməz həmin problemləri müdafiədə yaşamağımıza gətirib çıxarır. Rəqib bizi əks-hücumda yaxalayıb boşluqlardan yararlanır. Problemi aradan qaldırmaq üçün bizə futbolçu lazımdır".