"Barselona" Nqolo Kante ilə danışıqlara başlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb.
Mənbənin məlumatına görə, fransalı yarımmüdafiəçinin özü də karyerasını Kataloniya klubunda davam etdirəcəyinə qərar verib. 2023-cü ilin yayında Kantenin "Çelsi" ilə müqaviləsi başa çatır, yəni o, londonluları azad agent kimi tərk edəcək. Bununla belə, oktyabr ayından zədə səbəbindən oynamayan 31 yaşlı futbolçu müqaviləsinə erkən xitam verərək elə bu qış İspaniyaya yollanmağa çalışır.
Mirağa