Jurnalist Pirs Morqana verdiyi qalmaqallı müsahibədən sonra "Mançester Yunayted"dən ayrılan Kriştianu Ronaldu mətbuatın gündəmindən düşmür.
Fanat.Az xəbər verir ki, "The Athletic" Portuqaliya millisinin hücumçusu barədə daha bir məlumat yayıb.
Xəbərə görə, Ronaldu həmin müsahibədən öncə MY-nin bazasındakı əşyalarını götürübmüş. Mənbə 37 yaşlı ulduzun noyabrın 13-də əşyalarını topladığını, ardından isə Morqanın verilişinə qatıldığını vurğulayıb.
Xatırladaq ki, Ronaldu hazırda klubsuzdur.
Nihat