Dekabrın 10-u tarixində I Divizionun 14-cü turunda baş tutan "Mingəçevir" - "Qaradağ Lökbatan" matçından sonra görüşün hakimləri və hakim-inspektoru Bakıya qayıdan zaman qəzaya uğrayıblar.
Fanat.Az xəbər verir ki, hadisə zamanı yaralanaraq xəstəxanaya yerləşdirilən hakim-inspektor Ceyhun Haşımov son durumu bəlli olub.
Bu barədə sabiq referi özü "Facebook" səhifəsində paylaşdığı videoda danışıb. 1 saat avtomobildə sıxılı vəziyyətdə qalan Haşimovun ayaqları, qabırğaları və çanağı sınıb. O, bildirib ki, ağır əməliyyat nəticəsində çanağı dəyişdiriləcək. Əməliyyatın srağagün keçirilməsi planlaşdırılsa da, Amerikadan gətiriləcək protez Azərbaycana cümə günü çatacağı üçün yubanma olub.
Onu da qeyd edək ki, AFFA-nın baş katibi Sərxan Hacıyev Ceyhun Haşimovu müalicə aldığı xəstəxanada ziyarət edib.
Xatırladaq ki, qəza Yevlaxın Tanrıqulular kəndində baş verib. “Opel” və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində Mingəçevir şəhər sakini, 1971-ci il təvəllüdlü Əliyev Zabit Əli oğlu aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. Futbol hakimləri isə Rövşən Rəcəbov, Elmin Süleymanov, Asif Abdullayev və Rəsul Babayev isə hadisə yerində xəsarət alıblar.
Röya