"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının 2023-cü il üçün əsas namizədlərinin yeni siyahısı dərc olunub.
Fanat.Az "Goal"a istinadən xəbər verir ki, ilk pillədə PSJ-nin və Argentina millisinin 35 yaşlı superulduzu Lionel Messi qərarlaşıb.
Onun Paris təmsilçisindəki komanda yoldaşı Kilian Mbappe ikinci, İngiltərə "Mançester Siti"sindən Erlinq Holand üçüncüdür.
İlk "10-luğ"u İspaniyanın "Atletiko" (Madrid) komandasında çıxış edən Antuan Qrizman qapayır.
1. Lionel Messi (PSJ, Fransa)
2. Kilian Mbappe (PSJ, Fransa)
3. Erlinq Holann ("Mançester Siti", İngiltərə)
4. Neymar (PSJ, Fransa)
5. Robert Levandovski ("Barselona", İspaniya)
6. Vinisius Junior ("Real Madrid", İspaniya)
7. Kevin De Brüyne ("Mançester Siti", İngiltərə)
8. Məhəmməd Salah ("Liverpul", İngiltərə)
9. Xviça Kvaratsxeliya ("Napoli", İtaliya)
10. Antuan Qrizman ("Atletiko", İspaniya)
Qeyd edək ki, "Qızıl top" mükafatını 2022-ci ildə "Real Madrid"in və Fransa millisinin hücumçusu Kərim Benzema qazanıb.