Əfsanəvi braziliyalı hücumçu Ronaldo Neymara psixoloqa müraciət etməyi məsləhət görüb.
Fanat.Az xəbər verir ki, o, "Globo"ya açıqlamasında braziliyalı ulduzun təzyiqlərə görə bunu etməli olduğunu deyib.
“Təzyiqlərə müqavimət göstərmək üçün ona psixoloji kömək istəməyi məsləhət görərdim - bu, bir nəfərin çəkə biləcəyi yük yük deyil. Neymar eyni həvəslə, eyni istəklə qayıdacaq. Bütün dünya Neymarı tənqid edir. Futbolçularımızın psixi sağlamlığına nəzarət etmək lazımdır.
Psixoloji cəhətdən əzab çəkdiyini dediyi müsahibəsini görəndə ürəyim parçalandı. Ona necə kömək edəcəyimi bilmək istərdim. Mənim vaxtımda bu haqda çox danışılmırdı. Karyerasında etdiyi hər şeyə bu şəkildə qiymət verilə bilməz. Təbii ki, hamı mundialda qalib gəlmək istəyir, amma hamı bunun asan olmadığını başa düşməlidir. Bizim beş titulumuz var və biz ən böyük qaliblərik”.
Mirağa