Azərbaycanın kişi voleybolçulardan ibarət “Murov” klubu bu gün Çağırış Kubokunun 1/8 final mərhələsində cavab oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, son ölkə çempionu Bakı Voleybol Mərkəzində Niderlandın “Orion” klubunu qəbul edəcək.
Matç saat 18:00-da başlayacaq.
Xatırladaq ki, Niderlandda keçirilən ilk oyunda Fərid Cəlalovun yetirmələri rəqibinə 1:3 hesabı ilə uduzub.