"Real Madrid"in sabiq baş məşqçisi Zinəddin Zidan Braziliya millisini çalışdıra bilər.
Fanat.Az "Ok Diario"ya istinadən xəbər verir ki, Braziliya Futbol Konfederasiyası 50 yaşlı mütəxəssis üçün təklif hazırlayır.
Fransalı baş məşqçidən başqa Karlo Ançelotti, Abel Ferreyra, Fernando Diniz və Dorival Junior da namizədlər siyahısındadır.
Qeyd edək ki, Zinəddin Zidan 2016 - 2018 və 2019 - 2021-ci illərdə "Real Madrid"də işləyib.