Azərbaycanın qadınlardan ibarət "Azərreyl" voleybol klubu bu gün Çağırış Kubokunda cavab oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, Eldar Yusubovun çalışdırdığı kollektiv Almaniyada "VfB SUHL Thüringen"in müqavimətini qırmağa çalışacaq.
Komandamız ötən gün keçirilən ilk oyunda 1:3 hesabı ilə uduzub.
Tərəflər arasında əldə olunan qarşılıqlı razılaşmaya əsasən, görüşlər Almaniyada baş tutur.