Bu gün Azərbaycanda kişi voleybol komandaları arasında ölkə çempionatı start götürəcək.
Fanat.Az xəbər verir ki, açılış günündə Yüksək Liqanın yeni təmsilçisi “Xarı Bülbül” və MOİK qarşılaşacaq.
Bakı Voleybol Mərkəzindəki matç saat 14:00-da başlayacaq.
Ümumilikdə çempionatda son qızıl medalçı "Murov" və "Neftçi" də daxil olmaqla dörd komanda iştirak edir.