Bu gecə FİFA Konfederasiyalar Kubokunda yarımfinal mərhələsinin oyunlarına start veriləcək.
Qol.Az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
Təşkilatçı ölkə olan Braziliya yığması doğma azarkeşləri önündə Uruqvay millisi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Qeyd edək ki, yarımfinal mərhələsinin digər oyununda isə sabah gecə İspaniya və İtaliya yığmaları üz-üzə gələcək.
26 iyun
Yarımfinal oyunu
00:00. Braziliya - Uruqvay