Futbol üzrə Azərbaycan çempionatının XVII turunda "Turan Tovuz" öz meydanında "Neftçi"ni qəbul edir.
Fanat.Az xəbər verir ki, 14:30-da start götürən qarşılaşma 1 dəqiqəlik sükutla başlayıb.
Bir neçə gün öncə yol qəzasında vəfat edən "Neftçi" TV-nin əməkdaşı Elvin Rüstəmov və ötən gün Kəlbəcərdə minaya düşərək həyatını itirən şəhid gizir Zöhrab Hümbətovun xatirəsi yad edilib.
Qeyd edək ki, 10-cu dəqiqədir davam edən görüşdə hesab açılmayıb.
Röya