Futbol üzrə Azərbaycan çempionatının XVII turunda "Neftçi" səfərdə "Turan Tovuz"u 1:0 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, matçdan sonra mətbuat konfransında çıxış edən paytaxt klubunun baş məşqçisi Laurentsiu Regekampf qələbəni belə şərh edib:
"Futbolçular süni meydanda oynamaqdan qorxurlar. Tovuzda çox gözəl infrastruktur yaradılıb. Azarkeşlər oyunlara gəlirlər. Amma meydanın ot örtüyü dəyişdirilsə, ölkə futbolu üçün daha yaxşı olar. Həm oyunçular, həm də Azərbaycan futbolu daha yaxşısına layiqdir. Çünki liqada keyfiyyətli komandalar var. Bu cür görüşlərə hazırlaşmaq çətindir. Burada əsas məqsəd mükəmməl futbol sərgiləmək yox, üç xalla Bakıya dönmək idi.
Birinci hissədə Fərid Yusifli sıradan çıxdı. Onun əvvəlcədən xroniki zədəsi var idi və əməliyyat olunacaq. Qodsvey Donyo isə məşqdə zədələnib. O, qaçarkən sürüşüb. Ağrıları möhkəmləndiyi üçün Donyonu oynatmamaq qərarına gəldik".