10:24 16.12.2022 390

“Qarabağ” fərqi bir az da artırdı, “Sabah” Gəncədə də büdrədi - Tura baxış

Futbol üzrə Azərbaycan çempionatının 17-ci turu maraqlı nəticələrlə yadda qaldı.

“Sabah”ın Gəncədə büdrəməsi sürpriz sayılsa da, “Zirə”nin Şamaxıda qələbə qazana bilməməsinə heç də təəccüblənmək lazım deyil. “Sabah”ın büdrəməsi “Qarabağ”ın da işinə yaradı. “Köhlən atlar” liderlik kürsüsündə özünü xeyli rahat hiss edir.

“Şamaxı” – “Zirə” 0:0

"Şamaxı": 1. Rəşad Əzizli, 55. Adil Nağıyev (k), 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 11. Kamran Quliyev, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 21. Qurban Səfərov, 23. Rövşən Şahmuradov.
Ehtiyat oyunçular: 12. Əkpər Vəliyev, 99. Sahib Həsənov, 9. Amil Yunanov, 88. Bəhruz Teymurov, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 7. Asim Əlizadə, 4. Arsen Ağcabəyov, 14. Uğur Cahangirov, 33. Abdulla Rzayev, 79. Emil Qasımov.
Baş məşqçi: Vüqar Əsgərli.
"Zirə": 1. Mehdi Cənnətov, 18. Slavik Alxasov, 91. Coşqun Diniyev, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 9. Loris Broqno, 23. Andriya Lukoviç, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 19. Təmkin Xəlilzadə, 2. Sertan Taşkın, 13. Ramin Əhmədov, 56. Samir Ağayev, 47. Məhəmməd Hamdaui, 26. Nemanya Andelkoviç, 17. Toni Qomes.
Baş məşqçi: Rəşad Sadıqov.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Teymur Teymurov, Kamal Umudlu.

“Şamaxı” ikinci dövrədə rəqiblərinə əməlli-başlı meydan oxuyur. Tamamilə yerli futbolçulardan təşkil olunan əyalət təmsilçisi heç də asanlıqla məğlub olmur, xal ehtiyatını artırmaqda davam edir. Bu dəfə “Zirə” “Şamaxı” ilə oyunda büdrədi. Ola bilsin ki, bu büdrəmədə “Neftçi” ilə kubok qarşılaşması da rol oynadı. Rəşad Sadıqovun komandası “ağ-qaralar”a qarşı oyunda xeyli güc sərf etməli olub ki, bu da özünü “Şamaxı” ilə qarşılaşmada özünü göstərdi. Tərəflərin heç biri 90 dəqiqə ərzində fərqlənməyi bacarmadı və sonda qolsuz heç-heçə komandalara 1 xal qazandırdı. Heç şübhəsiz ki, o qədər də maraqlı keçməyən oyunun ədalətli nəticəsi də 0:0 idi.

“Şamaxı” artıq xalını 13-ə çatdırıb ki, bununda sayəsində 7-ci sıranı tutur. 27 xallı “Zirə” isə 4-cü sıradadır.

“Qarabağ” – “Qəbələ” 1:0
Qol:
R.Şeydayev, 68-pen.

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 7. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir, 20. Kadi Borпes, 11. Kvabena Ovusu.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 8. Marko Yankoviç, 6. Julio Romao, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.
"Qəbələ": 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 27. Məqsəd İsayev, 28. Murad Musayev, 7. Rövlan Muradov, 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 97. Felipe Santos, 10. Omar Hani.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 34. Ürfan Abbasov, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Rəhman İmami, İnqilab Məmmədov.

Kubokda “Qarabağ”a uduzmayan və bununla da intiriqanı cavab oyununa saxlayan “Qəbələ” bu qəhrəmanlığı çempionat oyununda təkrarlaya bilmədi. Bəlkə də, “qırmızı-qaralar” bu dəfə də “Qarabağ”a uduzmayacaqdı. Di gəl ki, Ramil Şeydayevin 68-ci dəqiqədə penaltidən vurduğu qol onların bu arzusunun reallaşmasına imkan vermədi. Yeri gəlmişkən, bu qol sayəsində Şeydayev bombardirlər sıralamasında ən yaxın izləyicisi Musa Qurbanlını iki top üstələməyi bacardı. İstedadlı hücumçunun aktivində artıq 13 qol var.

“Qəbələ” isə qeyri-sabit, bir qədər də inamsız qrafik cızmaqdadı. Mükafatlara iddia edən “qırmızı-qaralar” bu məğlubiyyətdən sonra ilk “üçlük”dən 11 xal geri düşdü. Elmar Baxşıyevin komandasının xal ehtiyatı 24-ə bərabərdir ki, bu da onların 5-ci pillə ilə kifayətlənməsi deməkdir. 47 xallı “Qarabağ” isə bütün rəqiblərinə yuxarıdan aşağı baxır.

“Kəpəz” – “Sabah” 2:2
Qollar: A.Şuaybu, 35; 73 - C.L.Mikels, 34. A.Kaşuk, 88.
Qırmızı vərəqə: C.Nuriyev, 90+1.

"Kəpəz": 68. Orxan Sadıqlı, 8. Tural Axundov (k), 74. Yusif Nəbiyev, 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 20. Mahir Həsənov, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantariya, 19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 80. Tural Rzayev, 27. Samir Məhərrəmli, 97. Nicat Məmmədov, 44. Nihat Fərəci, 66. Arzu Atakişiyev, 5. Peyman Keşavarzi, 24. Mixeil Erqemlidze.
Baş məşqçi: Tərlan Əhmədov.
"Sabah": 12. Yusif İmanov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 19. Con İrasabal, 8. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rustəm Samiqullin, 14. Bəxtiyar Həsənalızadə, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 6. Abdulax Xaybulayev, 5. İdris İnqilablı, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 15. Kristian da Silva, 99. Emmanuel Apeh.
Baş məşqçi: Murad Musayev.
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Eyyub İbrahimov, Cavid Cəlilov.

“Sabah” üçün çətin günlər davam edir. Masazırlılar yenə də qələbəyə həsrət qaldılar. Bu dəfə onları “Kəpəz” büdrətdi. Özü də görüşdən əvvəl favorit sayılan qonaq komanda məğlubiyyətdən 88-ci dəqiqədə qurtula bildi. “Sabah”a bir xal qazandıran qola 88-ci dəqiqədə Kaşuk imza atdı. Baxmayaraq ki, Mikelsin qoluyla oyunda hesabı açan da onlar olmuşdu. Amma “dubl” edən Şuaybu “Sabah”ı çətin duruma saldı. Murad Musayevin komandası indi heç də ən yaxşı günlərini yaşamır. “Qarabağ”ı Masazırda büdrədən komanda liderlə xal fərqini 3-ə qədər endirməyi bacarsa da, hazırda bu fərq yeddiyə bərabərdir. 40 xal toplamağı bacaran “Sabah” turnir cədvəlinin ikincisidir. “Kəpəz” isə məhz bu xal sayəsində sonuncu pillədəki “Səbail”i üstələməyi bacardı. Gəncəlilərin aktivində 11 xal var və onlar 9-cu pillədə qərarlaşıblar.

“Sumqayıt” – “Səbail” 2:0
Qollar:
S.Pereyra, 9. V.İsgəndərli, 54.

"Sumqayıt": 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 8. Səbuhi Abdullazadə, 30. Filipe Çabi, 5. Stiven Pereyra, 43. Riçard Qadze, 12. Todor Todoroski.
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 36. Xəyal Fərzullayev, 15. Vüqar Bəybalayev, 24. Elşən Abdullayev, 19. Xəzər Mahmudov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 23. Rifat Nurmuqamet, 9. Almir Aqanspahiç.
Baş məşqçi: Samir Abasov.
"Səbail": 1. Emil Balayev, 14. Rahid Əmirquliyev (k), 10. Ağabala Ramazanov, 6. Cabir Əmirli, 17. Rafael Məhərrəmli, 55. Nihad Qurbanlı, 27. Emil Martinov, 30. Franko Mazurek, 21. Kizito Luvaqa, 5. Petro Stasyuk, 20. Fakundo Kardozo.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Sadiq Məmmədzadə, 9. Mirabdulla Abbasov, 15. Vüqar Həsənov, 3. Turan Manafov, 8. Elmir Tağıyev, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 11. Qoba Zakpa, 23. Qustavo de Fransa, 4. Maksim Çex.
Baş məşqçi: Mahmud Qurbanov.
Hakimlər: Tural Qurbanov, Rahil Ramazanov, Vüsal Məmmədov, Rəvan Həmzəzadə.

“Sumqayıt” üçün bu tur əlamətdar oldu. “Gənclik şəhəri”nin təmsilçisi mövsümün ikinci qələbəsinə sevindi. Qapısını toxunulmaz saxlayan “Sumqayıt” “Səbail”in qapısına iki dəfə yol tapdı. Hesabı 9-cu dəqiqədə Pereyra açdı. Vüsal İsgəndərli 54-cü dəqiqədə meydan sahiblərinin üstünlüyünü iki topa çatdırdı. Qonaqların bu qollara cavab verməyə gücü çatmadı. Ümumiyyətlə, Mahmud Qurbanovun çalışdırdığı komanda heç cür özünə gələ bilmir. Kubokda “Sabah”ı üç dəfə məyus edən və 3:2 hesablı qələbəyə sevinən Bayıl təmsilçisi üçün Premyer Liqa qarşılaşmalarında bu qəhrəmanlığı təkrarlamaq heç cür mümkün olmur.

17 tur ərzində 10 xal toplamağı bacaran “Səbail” turnir cədvəlində sonuncudur. Sözsüz ki, bu nəticəni onların adına uğursuzluq saymalıyıq. “Sumqayıt” isə ardıcıl qələbələr sayəsində vəziyyətini bir qədər düzəldib. “Gənclik şəhəri”ni təmsil edən komanda indi 12 xalla səkkizinci sırada qərarlaşıb.

“Turan Tovuz” – “Neftçi” 0:1
Qol:
Emin Mahmudov, 73-pen. 

“Turan Tovuz”: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 8. Şakir Seyidov, 88. Faiq Hacıyev, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 19. Runi Eva, 11. Ayxan Quseynov
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 13. Mehman Hacıyev, 14. Akif Tağıyev, 60. Səbayıl Bağırov, 10. Xəyal Nəcəfov, 6. Turan Vəlizadə, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 15. Vüsal Məsimov, 87. Nazim Həsənzadə, 97. Sadiq Şəfiyev, 9. İmeda Aşortiya
Baş məşqçi: Ayxan Abbasov
“Neftçi”: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 19. Azər Salahlı, 26. Ömər Buludov, 27. Fərid Yusifli, 6. Voyislav Stankoviç, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 24. Yusuf Laval, 77. Yeqor Boqomolski
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 20. Vüsal Əsgərov, 84. Hüseyn Babayev, 51. David Orucov, 42. Xaqan Məmmədov, 91. Ağadadaş Salyanskiy, 92. Ömər Qurbanov, 18. Vato Arveladze, 16. Gilyerme Pato
Baş məşqçi: Laurentsiu Regekampf
Hakimlər: Əliyar Ağayev, Elşad Abdullayev, Müslüm Əliyev, Rəşad Əhmədov.

“Neftçi” heç də yaxşı oynamadığı oyunda 3 xal qazanmağı bacardı. “Ağ-qaralar” qələbə sevincini Tovuzda yaşadı. “Qarabağ”dan 4 top buraxdıqdan sonra “Zirə”yə də məğlub olan “Neftçi” üçün bu qələbə hava-su kimi vacib idi. Ölkənin ən qocaman komandasına qələbə gətirən qolu kapitan Emin Mahmudov penaltidən vurdu. Maraqldı ki, kapitan “Səbail”lə görüşdə də 
“Neftçi”yə qələbə qazandırmış və onda da iki dəfə penaltini qola çevirmişdi. İndi qarşıda “Neftçi”ni “Zirə” ilə çox çətin kubok qarşılaşması gözləyir. Qış fasiləsinə yaxşı əhval-ruhiyyədə yollanmaq üçün isə dekabrın 23-də “Şamaxı”nı məğlub etmək lazımdır.

İndilik isə “Neftçi” 35 xalla üçünsü sırada qərarlaşıb. “Turan Tovuz”un isə çətin günləri davam edir. Ayxan Abbasovun komandasının cəmi 16 xalı var və bu xalların sayəsində onlar yalnız 6-cı olmağı bacarıblar.

Amal Abuşov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:30

MPL: 35-ci tur start götürür - YENİLƏNİR

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

Facebookdan bizi izləməyi unutmayın.
X