Cüdo üzrə ikiqat olimpiya və üçqat dünya çempionu Şohey Ono karyerasını bitirib.
Fanat.Az xəbər verir ki, bu barədə Yaponiya KİV-lərində məlumat yayılıb.
Bildirilib ki, 30 yaşlı idmançı bundan sonra məşqçiliklə məşğul olacaq.
Ononun karyerasını bitirməsiylə bağlı fransalı ikiqat olimpiya və onqat dünya çempionu Teddi Riner də sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edək ki, Şohey Ono 2016-cı ildə Rio De Janeyroda keçirilən Olimpiya Oyunlarının və 2019-cu ildə Tokioda təşkil olunan dünya çempionatının finalında Azərbaycan təmsilçisi Rüstəm Orucova qalib gəlib. O, həmçinin Tokio-2020 Olimpiadasının 1/4 finalında da Orucovla görüşüb və idmançımızı yenərək sonradan qızıl medal qazanıb.