İspaniya millisi DÇ-2022-də çıxışını dayandırandan sonra yığma karyerasını bitirən Serxio Buskets "Barselona" ilə bağlı qərarını da qətiləşdirib.
Fanat.Az-ın məlumatına görə, informasiyanı "Mundo Deportivo" 34 yaşlı futbolçuya yaxın mənbələrə istinadən yayıb.
Bir müddət öncə Kataloniya təmsilçisi ilə yeni müqavilə imzalamağı planlaşdıran Serxionun fikrini dəyişdiyi bildirilib. Yazılanlara inansaq, təcrübəli yarımmüdafiəçi ABŞ təmsilçisi "İnter Mayami"dən aldığı təklifi dəyərləndirmək niyyətindədir.
Qeyd edək ki, Buskets "Barselona"nın öz yetirməsidir. O, Kataloniya təmsilçisinin formasını geyindiyi 15 il ərzində Avropa Liqası istisna olmaqla, qatıldıqları bütün turnirlərin qalibi adını qazanıb.
Nihat