PSV-nin baş məşqçisi Ruud van Nistelroy hücumçusu Kodi Qakponu "gözdən çıxarıb".
Fanat.Az "Voetbal İnternational"a istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis Niderland millisinin üzvünün yanvarda getməsinə icazə verib.
Nistelroy bu barədə qərarını belə izaah edib: “Seçim imkanım olsaydı, Qakponun yayda getməsinə üstünlük verərdim, lakin bu, qış transfer pəncərəsində də mümkündür. Bəzən elə an olur ki, yox deyə bilmirsən”.
Qeyd edək ki, "Mançester Yunayted" başda olmaqla, bir neçə top klub Qakponu transfer etməyə çalışır.
Mirağa