Ulduz forvard Luis Suares karyerasını Meksikada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, "Kruz Azul" klubunun prezidenti Viktor Velaskes AS nəşrinə açıqlamasında təcrübəli hücumçunu almaq istədiyini təsdiqləyib.
“Sizə hələ rəsmi xəbərim yoxdur, amma təsdiqləyirəm ki, danışıqlar aparırıq. Məqsədimiz Luis Suaresi "Kruz Azul"a gətirməkdir. Sadəcə, səbirli olmaq və Suareslə yanaşı daha bir-iki transfer axtarmaq lazımdır. Sol cinah müdafiəçisi də axtarırıq".
Qeyd edək ki, 35 yaşlı forvard hazırda azad agentdir.
Mirağa