"Milan" "Atletiko"ya oyunçu dəyişikliyi təklif edib.
Fanat.Az xəbər verir ki, bu barədə "Pianeta Milan" məlumat yayıb.
Mənbənin məlumatına görə, rossonerilər cinah hücumçusu Ante Rebiçi Madridə göndərməyə hazırdırlar və bunun müqabilində cinah oyunçusu Yannik Karraskonu almaq istəyirlər.
Razılaşma yanvarda baş tuta bilər.
Daha əvvəl "Milan"ın "Çelsi"nin yarımmüdafiəçisindən imtina etdiyi bildirilirdi.
Mirağa